Bəlkə doğrudan da dünyada heç yerdə sevgi yoxdur, mərhəmət yoxdur, xeyirxahlıq yoxdur? Bəlkə yeri göydən ayıran o ağ örtük artıq adamları boğmuş, onların ürək döyüntülərini batırmış, onların bütün xatirələrini, ümidlərini, bütün gözəlliyi öldürmüşdür?