Müharibədə ən çox zərər çəkənlər, heç vaxt müharibə istəməyən adamlar olur.
İnsanlar niyyət eləməkdə ustadırlar, ancaq onu həyata keçirəndə zəif olurlar. Bizim bədbəxtliyimiz də elə bundadır
Gözəl idi! yenicə bitirən kimi bütün hisləri cəmləyib şərh vermək çətindir, ancaq oxumağa dəyər.
Remark uzunçu bənzətmələri azaltsa daha da oxunaqlı kitab olarmış. Burulğanlı Avropada mühacir Ravik. döyüş xatirəsi, həbs xatirəsi, sevgisi, intiqamı, dürüstlüyü, soyuqqanlılığı və sənədsizliyi ilə. Əlvida Ravik, Ti amo.
Bəlkə də müharibədən,gizli qaçqın həyatından,insanın daxili aləmindəki zidiyyətlərdən yazılmış bu qədər əhatəli və düşündürən ikinci əsər yoxdur! Remarkın qələmi doğurdan da çox güclüdür. Oxumağa dəyər!
Adam indi unutduğu şeyi sonralar ömrü boyu axtarmalı olur
Ancaq unudulmayan şeylər də adamın ömrünü cəhənnəm əzabına döndərir.
Ravikin başına gələnlər bizə dəhşətli görünsə də, əslində İknci Dünya müharibəsindən əvvəlki dövr üçün ümumi olub. Belə bir zəmanədə sevgi, həyat, insanlıq necə olur onu görürük. Kitabı oxuduqca, təsirli məqamlara rast gəlinir. Son olaraq onu deyə bilərəm ki, bu kitabı oxuyarkən əzablara, qəddarlığa və vicdansızlığa şahid olacaqsınız.
Adam bezen inanmir ki, o, chox sheyi unuda biler. Bu hem muqeddes bir alqishdir, hem de qorxulu bir qargish...
Möhtəşəm bir əsər idi.Çox bəyəndim.Əgər oxumaqı düşünürsüzsə heç fikirləşmədən başlayın)) Axx Ravik....
Yaşım qırxı ötüb, neçə-neçə həyat məktəbi keçmişəm, gah yıxılmışam, gah
durmuşam, həyat təcrübəsi qazanmışam, bilik öyrənmişəm, illərin süzgəcindən
keçmişəm, bərkimişəm, yaxşını pisdən ayırmağı, soyuqqanlı olmağı öyrənmişəm,
ancaq heç vaxt məhəbbət sorağında olmamışam, ona inanmamışam və bilməmişəm
ki, nə vaxtsa gəlib məni də tapacaq. İndi budur, gəlib çıxıb və heç bir həyat
təcrübəsi də kömək eləmir, əksinə, onu daha da qızışdırıb alovlandırır.
Cox maraqli oldu bu kitabla tanisligim ne yaxsi tanisdiq...teessuratlarim cox mohtesemdir. Esasi da odur ki "Zefer tagi" mende iz qoymagi bacardi..)