Mən “Cırtdanlar”ı əllinci illərin əvvəllərində, hələ pyeslərimi yazmağa başlamamışdan əvvəl qələmə almışam. Onda bunu nəşr üçün təklif etmədim.
1960-cı ildə kitabdan bəzi fraqmentləri atdım və elə eyni adda qısa bir pyes yazdım. O, tam abstract alındı, məncə, ona görə ki, romandakı vacib personajlardan birini — Virciniyanı ixtisara salmışdım.
Uzun illərdən bəri ilk dəfə bu kitabı 1989-cu ildə təkrar oxudum və belə qərara gəldim ki, hələ üzərində işləməyə dəyər. Mətn üzərində işimin əsas hissəsi mənə artıq görünən səhnə və replikaların yığışdırılmasından ibarət oldu. Gərəksiz hesab etdiyim beş fəsli tamam çıxardım, həmçinin bir sıra başqa epizodları yenidən işlədim, ya da bir az sıxdım. Redaktə prosesinə baxmayaraq, mətnin özü küll halında, əsasən, toxunulmamış qaldı — 1952–1956-cı illərdə yazdığım kimi.