Hər halda, mənə elə gəlirdi ki, sevirəm onu. İndi dönüb arxaya baxanda görürəm ki, yox, yəqin, sadəcə bir-birimizə öyrəşmişdik, vaxtımızı xoş keçirirdik, ona görə... Görməyəndə darıxırdım. Necə deyim, birlikdə idik, amma birlikdə olmaq hələ bir olmaq, qoşa olmaq deyildi. Çox tanımırdım onu. Lap doğmalaşa bilmirdik...