Eyni adama biri axmaq deyir, o biri ağıllı, biri əxlaqsız deyir, o biri tərbiyəli, bu cəhəti yaxşıdır, amma o biri cəhəti pisdir deyə hökmlər verirlər. İnsanın biliyi, fikirləri, məntiqi, əxlaqı, xülasə, hər şeyi insanın varlığı ilə bir vəhdət təşkil etdiyini anlamırlar. İnsan nə qədər müxtəlif cəhətlərə malik olsa da, onun bütün keyfiyyətləri müəyyən bir nöqtədə birləşir və bir ahəng yaradır. Bu nöqtə isə şəxsiyyət dediyimiz şeydir.