“Uşaqlıq” romanı ilk dəfə 1852-ci ildə “Sovremennik” jurnalında
çap olunmuşdur. Bu zaman Lev Tolstoyun iyirmi
dörd yaşı vardı. Azca sonra Tolstoyun “Yeniyetməlik”, Qafqaz
haqqında hekayələri, məşhur Sevastopol hekayələri kimi yeni
əsərləri çıxdı. Tolstoy o zamanın ən görkəmli yazıçıları sırasında
özünə mövqe qazandı, onun haqqında rus ədəbiyyatının böyük
bir ümidi kimi danışmağa başladılar.
Bu kitaba yazıçının “Uşaqlıq”, “Yeniyetməlik” və “Gənclik”
əsərləri daxil edilmişdir.