Həzzlə ağrı arasında çox nazik hədd var, Аnasteyşa. Bir medalın iki üzü... onlar bir-biri olmadan mövcud deyil. Sənə ağrının necə xoş ola biləcəyini göstərə bilərəm. İndi mənə inanmırsan, amma mən etibardan danışarkən, məhz bunu nəzərdə tuturam. Ağrılı olacaq, amma sən buna tam dözə bilərsən.