Roman oxucuya Rokentenin gündəliyi şəklində təqdim olunur. Gündəliyin məqsədi – əsl mahiyyəti axtarıb tapmaqdır. Vaxtaşırı qəhrəmanda ürəkbulanma olur. Daha dəqiq desək, “Ürək bulantısı” Rokentenin dünyanı anidən dərk etməsi ilə müşahidə olunan hisslərinin kəskinləşməsidir. Rokentenin başına gəlmiş hansısa bir iş onu narahat edir və səbəbin tapmağa çalışır. Vaxtaşırı qəhramanda ürəkbulanma olur. Ürəkbulanma Rokentenin dünyanı anidən dərk etməsi ilə birgə müşahidə olunan hisslərinin kəskinləşməsidir. O, ilk dəfə yerdə gördüyü daş parçasını götürmək istəyəndə, bunu bacarmadığını başa düşür. Və elə bu anda da o, mövcudluğun absurdluğuna qarşı “ürəkbulanma“ hiss etməyə başlayır.