bookmate game
Corc Oruell

Heyvanıstan

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • aygulhas quoted8 years ago
    Heyvanlar təəccüb dolu baxışlarını donuz­lar­dan insanlara, sonra isə təkrar insanlardan donuz­lara çevirirdilər. Gözlərini zilləyib təkrar-təkrar baxır­dı­lar. Lakin artıq onları biri-birindən fərqlən­dir­mək, kimin kim olduğunu ayırd etmək mümkün deyildi.
  • Tutu Babaxanovahas quoted5 years ago
    Bizim ye­ganə düşmənimiz İnsandır! İnsanı səhnədən uzaq­laşdırın, o zaman aclığı, ehtiyacı, kölə əməyini doğu­ran səbəblər də aradan qalxacaq!

    İnsan yeganə məxluqdur ki, heç nə istehsal et­mədən hər şeyə sahib çıxır. O, süd vermir, yumurt­lamır, kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanların üzərində hökmrandır. O zavallı heyvanları qabağında qul kimi işlədir, onlara yalnız acından ölməmələri üçün yem verir.
  • Mir Alihas quoted8 years ago
    Hər bir uğur, taleyin hər bir töhfəsi üçün Napoleona mi­nnətdar olmaq adət halını almışdı. Məsələn, bir to­yuq başqa toyuğa deyirdi: “Böyük Rəhbərimiz yol­daş Napoleonun qayğısı sayə­sin­də beş gündə altı yumurta yumurtlamışam”.
  • Kenan Eliyevhas quoted5 years ago
    Həyatında ilk dəfə Bencamin özü üçün müəyyən etdiyi qaydaları pozmağa razılıq verdi və divardakı yazını oxudu. Prinsiplər əvvəlki idi. Yalnız bir Prinsip dəyişilmişdi:

    BÜTÜN HEYVANLAR BƏRABƏRDİRLƏR

    LAKİN BƏZİ HEYVANLAR BAŞQALARINDAN DAHA ÇOX BƏRABƏRDİRLƏR!
  • Yusif Hasanzadehas quoted8 years ago
    Daha onu sadəcə “Napoleon” deyə çağırmaq müm­kün deyildi. Rəsmi titulla müraciət etmək, “Rəh­bə­rimiz yoldaş Napoleon” demək tələb olunurdu. Donuzlar bu ada “Bütün dünya heyvanlarının atası”, “İnsanlığın qənimi”, “Qoyunların himayədarı”, “Ördək­­­lərin mü­dafiəçisi” və s. kimi titulların da əlavə olun­­masını təklif edirdilər.
  • Cavid İsmayılzadəhas quoted5 years ago
    Yoldaş, – Snouboll üzünü ona çevirdi,– ağlını başından çıxaran bu lentlər köləlik rəmzidir. Doğ­rudanmı, sən azadlığın belə ala-bəzək lentlərdən qat-qat qiymətli olduğunun fərqində deyilsən?
  • Sakina İbrahimhas quoted6 years ago
    Çünki laqeydlik və qorxaqlıq həqiqətin ortaya çıx­ma­sı­na imkan vermir, insanlar daha həvəslə cansız və hissiz robotlara, idarə olunan amorf kütləyə çev­ri­lir­lər, yad­daşsızlıq hüdud və sərhəd tanımır.
  • Sakina İbrahimhas quoted6 years ago
    Çünki yal­taq­lıq və qorxaqlıq var, hətta şəxsiyyət işartısı olmayan yerdə şəxsiyyətə pərəstiş yaranır, keç­mişin unut­du­rul­masına, tarixin iqtidardakı haki­miy­yətə sərf edən tərzdə dəyişdirilməsinə təşəbbüslər göstərilir.
  • Zaur Mirzayevhas quoted7 years ago
    İki ayağı üstə gəzən hər bir canlı düşməni­mizdir! Dörd ayağı üstə gəzən, yaxud uçan hər canlı -dostumuzdur!
  • narukissosuhas quoted4 years ago
    Ən yaxşı insan ölü insan­dır!
fb2epub
Drag & drop your files (not more than 5 at once)