Həqiqətən dəyərli kitabdır, "1984"-dən əvvəl yazılmağına baxmayaraq, öz gücünü göstərə bilib. Tövsiyyə edirəm.
Insan yeganə məxluqdurki heç nə istehsal etmədən hər şeyə sahib çıxır.
Çox möhtəşəm əsərdi.Oruell cəmiyətdəki sosial ədalətsizliyi,diktaturanı, despotizmi, yaltaqlığı alleqorik formada tənqid edir.bu əsərdən götürüləsi çox mesaj var məncə.əsər nəsə demək istiyir...👍📖
Çox gözəl əsərdir. Çox bəyəndim. Tərcümə də çox gözəl alınıb. SSRİ-ni bundan daha gözəl anlatmaq mümkün deyil!
Başlanıcda xoş təsüratlar oyatsada amma sonradan nikbin və darıxdırıcı gəldi nədənsə.
Bu kitabin tərcuməsinə yayilmasina imkan verilməsi elə adami təəccubləndirir. )
Film və cizgi filmi də var bu əsər əsasinda.
Həyat boyunca oxunmalı olan kitablar arasında....
İnsanlar həyatları boyu xoşbəxtliyə pul ilə çatmağın mümkün olduğunu düşünürlər.Bu evə tez çatmaq üçün tısbağa olmağa bənzəyir
Çox mənalı, dəyərli kitabdır. Gözə çarpan hissələri çoxdur. Əsas da sovet rejimini təhqir etməsi.
George Orwell həqiqətən də sosializmi, stalizmi necə ifadə edəcəyini çox gözəl bilir. Totalitar rejimi daha əvvəl 1984 əsərində də görmüşdüm. Həqiqətən də oxunması vacib olan kitablardan biridi.