Xatirələr çox qəribə şeydir”, – öz özünə dedi və üzünü soyuq su ilə yumağa başladı. Bəziləri elə bil ki, onlarla qidalanır, sanki həyat onlardan asılıdır, sanki ölümü onlardan uzaqlaşdıran məhz xatirələrin varlığıdır. Bəziləri isə ömürlərinin qalan hissəsini rahat yaşaya bilmələrinin tək yolunu onlardan qurtulmaqda görürlər.