Yazıçı romanda “Quş” və “Balıq” ləqəbli iki keçmiş döyüşçünün, oxuduğu əsərlərin müəllifləri kimi yazmağa başlayan, insanların sifətlərindəki ktabları oxuya bilən yazıçının, gözləri heç nədən doymayan qədim Ucubunuq tayfasının, bir-birindən xarakterlərinə görə kəskin fərqlənən digər insanların maraqlı, gərgin dünyalarını, bu dünyanı daha da həyəcanlı, canlı və cəzbedici eləyən sevgi, xəyanət, kriminal çəkişmələrlə zəngin olan hadisələri özünə xas olan yumorlu bir dillə təsvir edir.