Rəvayət edirlər ki, günlərin bir günü qoca Lao Tzu ölümün nəfəsini hiss edib, və heç kəsə dinməyib uzaqda görsənən dağlara tərəf yola düşdü.
Çou dövlətinə xidmət edən sərhədçi qocanı görüb onu tanıdı və onun hara və nə üçün getdiyini duydu.
Sərhədçi nə isə bir bəhanə edib Lao Tzu-nu donuz tövləsinə salır və deyir ki, qoca Dao (yəni Yol) haqqında bildiklərini yazıb ona verməyənə dək elə o tövlədə də qalacaqdır.
Çarəsi olmayan Lao Tzu 81 şerdən ibarət olan kitabı yazıb sərhədçiyə təhvil verdi. Bizim dilə mümkün olan tərcümələrinin birində həmin kitabın ilk sözləri bunlar olub:
«Söz ilə ifa edilə bilən Dao həqiqi Dao deyil…»
Hazırki tərcümə Dao De Cin-in orijinal mətninin Azərbaycan dilinə tərcüməsidir. Tərcümənin müəllifi psixologiya elmləri namizədi Cavad Əfəndidir.