Ana övladlarının nəyə ehtiyacı olduğunu bilməkdən məhrum idi. Varlı adam da bilmirdi nəyə ehtiyacı olduğunu. Heç kimə axşam düşəndə çəkməyə, yoxsa ölü başmağına ehtiyacı olacağını bilmək bacarığı verilməmişdir.
İnsan olduğum zaman yaşaya bilməyimə səbəb öz cəhdim deyildi, yoldan keçən bir adamın və arvadının sevgisi, halıma yanmaları və yardımı idi.
O kimsəsiz qızlar onları düşünən insanlar vardı deyə yox, yad bir qadının qəlbindəki sevgi, mərhəmət və şəfqət səbəbindən həyatda qaldılar. İnsan özünü qoruduğu üçün deyil, içində sevgi olduğuna görə yaşaya bilir.