Tərəqqipərvər ingilis yazıçısı Ceyms Oldric nəinki gözəl bədii əsərlərin müəllifi, həm də sülhün və xalqlar təhlükəsizliyinin fəal mübarizi kimi şöhrət qazanıb.
Oldric İkinci Dünya müharibəsi zamanı bir sıra ingilis və Amerika qəzetlərinin hərbi müxbiri sifəti ilə dünyanın bir çox ölkəsini gəzmiş, Norveçdə, Yunanıstanda, Yaxın Şərqdə, İraqda və Sovet İttifaqında yaşayıb.
Ceyms Oldricin “Diplomat” romanında 1940-cı illər İranında, o cümlədən Cənubi Azərbaycanda demokratik hərəkat zamanı böyük güclər arasındakı mənafe toqquşmaları təsvir edilib. İngilis yazıçısı Oldricin özü də peşəkar diplomat olub və əsərdəki baş qəhrəman Mak-Qreqor müəyyən mənada müəllifin özüdür.
Bu əsərə görə yazıçı 1953-cü ildə Ümumdünya Sülh Şurası tərəfindən qızıl medalla təltif edilib.