Nizami Gəncəvi yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq incisi sayılan "İskəndərnamə" «Xəmsə"nin beşinci kitabıdır. Dahi şair yaradıcılığının əzəmətli yekunu olan bu son əsərində ömrü boyu arzuladığı, lıəyatda görmək istədiyi ideal cəmiyyəti təsvir etmişdir.
"Şərəfnamə"də İskəndərin elm və siyasət aləmindəki böyük nailiyyətləri göstərilir, onun tərbiyəsindən, təhsilindən, hökmdarlığından, yürüşlərindən və ümumiyyətlə, onun böyük şan-şöhrətə çatmasından bəhs olunur.