✔📚Sən bilən bizim dərnəyimiz nə üçün tez dağıldı?
Çünki istinad nöqtəsini tapmadan yer kürəsini özülündən oynatmaq istəyirdik...
Kipiani qaşlarını dartdı. Təəccüb və maraq dolu baxışlarını müsahibinin üzünə zillədi:
Nəyi nəzərdə tutursan?
Şüurların oynamasını.
Şüurların oynaması müxtəlif cür ola bilər.
Mənə ədalət və vicdanla dolu şüur lazımdır.
Bu, mücərrəd oldu.
Nə üçün?
Çünki ədalət və vicdan məfhumu nisbidir.
Bilirəm, sən yenə sinfi təfriqətdən danışacaqsan.
Bəs necə?
Mən milləti parçalayıb, qarşı-qarşıya qoymağın özünə şübhə ilə baxıram. Ehtiraslar qızışıb keçəndən sonra baş verə biləcək peşmançılıq məni dəhşətə gətirir.
Bəs təklifin nədir?
İnsanların şüurunu oyatmaq, vicdanını hərəkətə gətirmək bizim birinci vəzifəmizdir. Gərək bu sahədə hər kəs öz millətinə kömək eləsin.
Bəs millətlərin həmrəyliyi?
Bunlar bir-birinə mane olmur. Zənnimcə, gərək əvvəlcə millətin özünü oyadasan. Əgər bir xalq özünü dərk edə bilmirsə, ləyaqət və qüdrətini anlamırsa, nə özünə, nə də başqalarına kömək edə bilər.
Cahandar ağa doğruları ve sehvleri ile mükemmel obrazdır.
Mənim ixtiyarımda olsaydı, bu əsərə görə İ. Şıxlını "mürəkkəb insan taleyi, mübarizlik və ədalətin qlobal miqyasda qələbəsini göstərə bildiyi üçün" ədəbiyyat üzrə Nobel mükafatına layiq görərdim.
P.S. Deməyin ki, "kinosuna baxmışam" - kinonun bu əsərə demək olar, heç aidiyyatı yoxdur. Hökmən oxuyun!
Ən sevdiyim xarakter olmuşdu Cahandar ağa.
Həyatımda Azərbaycan dilində oxuduğum ilk kitab oldu. Böyük təsir altındayam. Kaş ki, hamı bu kitabı oxuyardı. Kaş ki, hər kəs bir şey dərk eləyərdi. Gözəl əsərdi. Bütün adət- ənənələrimiz, həyat tərzimiz və dəyərlərimiz ustadıqla ifa edilib. Azərbaycan 19 əsrdə üzrə xristomatiyası adlana bilər.
Yazıldığı dövr başqa olsaydı müəllif daha nələri yazardı,istər-istəməz romanı oxuduqca bu fikir beynimdən çıxmadı.İstənilən zamanda dövran yazıçıya təsir edir,həm onu formalaşdırır,həm məhdudlaşdırır.Filmə baxmadan əsəri oxumaq, romanı öncə öz təxəyyülündə filmə çevirmək, rejissoru özün olmaq daha yaxşıdır.
Ismayil Sixli forever
"Dəli Kür" romanı həyatın ziddiyətlərini əks etdirir sanki
Sanki? Həyatın yaxasındamn tutub sual-cavab edir bu roman
Oxuduğum zaman qəlbimdə nəsə qəribə bir şey hiss edirdim.Sanki,mənə deyirdilər ki:"Narahat olma sən elə deyilsən" .Aristokrat deyir ki: "Qüsuru gizlətmək məharət deyil, əsl məharət qüsur etməməkdir".
Oxumuşam bu əsəri.Çox gözəl əsərdi.Allah yazarmızada Allah rəhmət eləsin.Ruhu şad olsun.
Film və kitab arasında çox fərq var. Və mən kitabını daha çox sevdim. Azərbaycanın qara qabaq bəyləri onların bığları və qadına qarşı olan şiddət dolu davranışları. Bu günə baxıram çox bir şey dəyişmiyib (hər kəsə aid etmək olmaz) çox heyf.
8 il aradan sonra tekrar oxuduguma sevindim.