Bu kitabın ən mükəmməl şərhi bu olsa gərək
Bu necə yoxluqdur ki,
korluğum da əngəl ola bilmir səni görməyimə
bu necə yoxluqdur ki,
hər yerdə varsan!...
yoxsa sən həm yox, həm varsan?...
Nəsən sən, müəmmasan, sirsən?
axı sən, Ester,
axı sən hər yerdə
axı sən hər kəsdə zahirsən!
Bu necə yoxluqdur ki,
buna görə səni suçlamaq da
danlamaq da olmur...
O qədər aydınsan ki,
səni yanlış anlamaq da olmur.
Bizimki, bilirsən,
bizimki yarımçıq bir tarixçə oldu, Ester,
xəbərsiz mübtəda, almasız nağıl...
arxanca nöqtə qoya bilmədim deyə
yeni gələnlər böyük hərflə yazılmadı...
İndisə oturmuşam dəli-dəli
səni unutmaq üçün min nəfərə yazıram
kim olduqlarını bilmədən;
sadəcə səni unutmaq üçün.
Və onlar elə xoşbəxt olur ki...
Anam qəfil açır qapımı
miskin halımı görüb
“insan yalnız unutmağa cəhd etmədiyində
unuda bilər, oğlum” -deyir...
ah, Ester, ah
indi mən yəni
səni unutmayım da mı heç...?!
- İlqar Kamil
Qeliz kitabdir, oxumaq sebr teleb edir, amma maraqilidir.