Öz qəlbinin səsini dinlə – pıçıldayır. Ürək hər zaman sakit və alçaq səslə danışar, qışqırmaz.
Budda Buddadır, Krişna Krişnadır və sən sənsən. Heç kimdən daha aşağı deyilsən. Özünə hörmət et, daxili səsinə qulaq ver və onun arxasınca get.
Unutma, səni doğru yola aparacağına zəmanət vermirəm. Dəfələrlə səhv yönləndirəcək, çünki həqiqət qapısına çatana kimi, çoxlu səhv qapılar döyməlisən. Həyat belədir. Əgər birdən-birə doğru qapıya rast gəlsən, onun doğru olduğunu anlaya bilməzsən.
Nəticə olaraq, heç bir cəhd israf deyil. Bütün cidd-cəhdlər sənin böyüməndəki son nöqtəyə çatmağına töhfə verir. Belə ki, qətiyyətsiz olma, səhv etməkdən bu qədər qorxma. Problemlərdən biri də budur, insanlara səhv etməmələri öyrədildi və onlar o qədər qərarsız, qorxaq və səhv etməkdən ürkək oldular ki, sıxılıb qaldılar. İndi hərəkət edə bilmirlər – birdən səhv nəsə olar deyə qorxurlar. Buna görə qaya kimi oldular: bütün hərəkətlərini itirdilər.
Mümkün qədər çox səhv et, amma bir şeyi unutma: Eyni səhvi təkrarlama. Beləliklə, böyüyəcəksən. Yoldan çıxmaq azadlığının parçasıdır. Hətta tanrıya qarşı gəlmək ləyaqətin parçasıdır. Bəzən tanrıya qarşı gəlmək çox gözəl olur. İradəli olmağın yolu budur, yoxsa milyonlarla iradəsiz insan var, onlardan biri olardın.