Siqareti atmaq istəyirsinizsə, bu kitabı mütləq oxuyun. Psixoloji, təhtəlşüura təsir edən və düşüncələrinizi dəyişə bilən bir kitabdır. Həm də sizi siqaret mafiyasının çirkli oyunları və tələləri haqqında da kifayət qədər məlumatlandıracaqdır. Bu kitab sayəsində milyonlarla insan siqareti tərgidib. Şəxsən özüm də bu kitab sayəsində siqareti tərgizməyi bacarmışam. Mütləq oxuyun. İtirəcəyiniz heç nə olmasa da, qazanacağınız çox şey var!!!
12 ildir siqaret çəkirdim. Bu kitabı oxudum və kitabı bitirmədən artıq siqareti tərgitmişdim. Allen Carr da dediyi kimi, siqaret çəkən hər kəs onu tərgitmək istəyir. Əgər siz də bu bəladan qurtulmaq istəyirsinizsə, bu kitabı mütləq sizə məsləhət görürəm. RIP Allen.
Sadəcə bunu qeyd etsəm kifayətdir. 8 illik siqaret çəkmə vərdişini bu kitabın sayəsində tərgitdim. Təşəkkürlər Allen Carr