Əsəd Bəy

Qafqazın on iki sirri

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Bakı neft milyonçusunun xəstə oğlu atasının izni ilə süd qardaşı Əli bəylə birlikdə yay tətilini onların kəndində — Qafqazın uzaq bir dağ aulunda keçirməyə gedir. Yeniyetmələr qoca bir xədimin müşayiəti ilə qədim bir dünyaya, cəngavərliyin hakimiyyətdən, şairliyin zadəganlıqdan üstün tutulduğu dağlar diyarı Dağıstana yola düşürlər…
Bu, Əsəd Bəyin ikinci kitabıdır. İngilis dilində ilk dəfə 1931-ci ildə çap olunmuş əsərdə müəllif öz gördüklərinə və Şərq təsəvvürlərinə əsaslanaraq Qafqazın nəhəng mənzərəsini yaradır, onun xalqları və adət-ənənələri haqqında geniş məlumat verir. Bəzən, hətta elmi dəqiqliyi iddia etməsə də, təsirli bir dillə bu diyarın nəinki on iki sirrini, min bir sirrini də açır. Tez-tez təxəyyülünün gücü ilə, qəlbinin və ruhunun cazibəsi ilə ömründən keçən günlərini canlandırır, bir vaxt uşaq kimi yaşadıqlarını, sevdiklərini səhifələrə köçürür, zəngin bədii detallarla oxucu marağını əsir edən etnoqrafik “yol xəritələri” cızır.
This book is currently unavailable
279 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Zaur Mirzayevshared an impression7 years ago
    👍Worth reading
    💡Learnt A Lot
    🎯Worthwhile

    Çox maraqlıdır.Özüm üçün çox sayda məlumat öyrənmiş oldum.Növbəti kitabı da Qafqaz haqqında oxuyacam.

  • Lacivərd Məmmədovashared an impression6 years ago
    👍Worth reading
    💡Learnt A Lot
    🎯Worthwhile
    🌴Beach Bag Book

    Kitaba xaricilərin verdiyi qiyməti görəndən sonra aşağı qiymətləndirmək qeyri-mümkündür. Romantik damarım tutub, amma "sevgi" bölməsini hamısından çox bəyəndim. Buraların sevgisi, qafqaz kişisinin xanımına hörməti, qayğısı bir ayrıdır. Deyir, qərbli bunu başa düşməz. Heç düşməsin də. Qafqazın igidliyi, cəsurluğu, qanunu- "qafqaz kodeksi" deyək, özünəməxsus incəliyi gözəl təsvir edilib. Bu tip kitabları çox sevirəm. Bizim haqqımızda olan kitabları. Yeganə bəyənmədiyim kitabın çox uzun gəlməsi, ağır oxunması oldu. Kiçik həcminə baxmayaraq, #birnəfəsə oxumaq olmurdu.

  • b3805788423shared an impression2 years ago
    👍Worth reading

Quotes

  • Vusala Mammadovahas quoted4 years ago
    Bu qoca xidmətçi xədim idi, cavanlığında İranın harasındasa kişiliyini itirmişdi, deyəsən, elə o vaxtdan da nağıl xəzinəsinə dönmüşdü, dərin mühakimələri vardı, noğul-nabatı çox sevirdi. Atam on beş il qabaq onu haradansa tapıb gətirmişdi, o vaxtdan bəri həm kişi işlərini, həm də qadın işlərini görürdü. Bu keyfiyyətlərini özü də bilir, bununla qürur duyurdu.

    “Allah-taala, – xədim sözünə belə başlayardı, – yeri yaradanda o, dənizin üzü kimi hamar və düz idi. Yer üzərində cürbəcür məxluqlar vardı: insanlar, heyvanlar, ruhlar, əzablar, bir də xəstəliklər. Adil Allah bunları yaradandan sonra fikirləşdi ki, yeri çox hamar və düz yaradıb, ona görə də qərara gəldi ki, səxavət göstərib hər torpağa dağlar, təpələr də versin. Odur ki, dağları, təpələri kisəsinə yığıb onları ədalətlə yer üzünə paylamağa başladı. Əzab və xəstəliklərin sahibi Şeytan isə istəmirdi ki, insan bunlara sahib çıxsın. Allah Xəzər dənizi ilə Qara dənizin üstündən keçəndə Şeytan kisənin ağzını açır, kisədəki bütün dağlar bu iki dənizin arasındakı düzənliyə səpilir. Dağlar diyarı Qafqaz belə yaranır. Amma Dünyanın Sahibi yaman qəzəblənmişdi. “Ey, Şər! – O deyir. – Sən mənim yaratdıqlarımın ən məkrlisi və mənim birinci səhvimsən. Ona görə də cəza olaraq sənə bu dağlara gəlməyi qadağan edirəm. Bu dağlarda insanlar və heyvanlar məskən salacaq, amma sən, sənin qulluqçuların olan əzablar və xəstəliklər bu torpağa gərək ayaq basmasın. Bu dağlar arasındakı həyat sizsiz də çox ağır olacaq”.

    Adil və Rəhmli Allah belə dedi, belə də oldu. Əzab və xəstəliklər düzənliklərdə, bağlarda, həyatın asan olduğu yerlərdə məskən saldı. Cəsurlar və kübarlar isə uca dağlarda, şərin, azar-bezarın olmadığı yerlərdə qaldılar”.
  • Humay Huseynlihas quoted5 years ago
    Qafqazlı hər şeyi tərgidə bilər, amma qisas almağı yox, hətta bu yolda başından keçsə də.
  • Humay Huseynlihas quoted5 years ago
    Razılığını bildirmək üçün susmağın neçə-neçə yolu var, neçə cür susmaq var.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)