“Şah və Sultan” romanı Türk dünyasının qaranlıq və faciəvi tarixinin bədii-estetik təqdimatı olmaqla bərabər, həm də dramatik, lakin işıqlı Sevgi dünyasının təqdimatıdır. Elə bir dünya ki, orada şah və sultan, müsəlman və xristian, sünni və şiə ayrı-seçkiliyinə yer yoxdur. Yazıçı romanın ilk cümlələrindən buna işarə edir: “Ey yolçu, sevgiyə doğru get, ta ki həqiqətə çatasan!”. Bu kəlamı Xətainin misraları ilə tamamlamaq olar: “Həqiqət bir gizli sirdir, aça bilərsənsə, gəl bəri!”