Bu şeirlər toplusu, müasir Azərbaycan poeziyasının özünəməxsus şairlərindən olan Xaqani Hassın dördüncü kitabıdır. Kitab iki hissədən ibarətdir. Birinci hissə — “Poetae Eruditi”, şairin daha öncə heç bir mətbuatda çap olunmamış, yeni şeirlərini ehtiva edir. Kitabın ikinci hissəsində isə, “Gül və Panoptikon” şeiri-poeması öz əksini tapmışdır. Hər kitabında dilin poetik imkanlarına yeni baxış bucağı müəyyən etməyə, habelə yeni bədii ifadə formaları tapmağa cəhd edən Xaqani Hassın bu şeirləri də yeni bədii-estetik çalarları özündə cəmləşdirməyi bacarmışdır.