İki qatar bileti ilə qarşıma çıxmağını istərdim. «Haraya gedirik?» deyə səndən soruşmazdım və inan ki, fəsillərin də əhəmiyyəti olmazdı. Qış olsa, üşütməzdim, yayın istisindən şikayət etməzdim. Heç tanımadığımız bir stansiyada «qatardan düşək» desəydin, düşərdim. «Bu yolun sonu xoşbəxtlikdir, gəl qaçaq» desən, yorulsam da qaçardım, sənə «dincələk» deməzdim. Desən ki, başqa yerlərə gedək, başqa filmlərə baxaq, başqa dillər öyrənək, “xeyr” deməzdim. İndi düşündükcə görürəm ki, mən səni şərtsiz sevmişəm.