PROLOQ
“Gözlərini yum və qaranlığa bax”. Uşaq vaxtı yata bilməyəndə atam belə deyərdi. İndi də qeyri-ixtiyari bu məsləhətə riayət edirəm. Göz qapaqlarımı bağlayıb, sonsuzluğa uzanan qaranlığa baxıram. Yerə sərilsəm də, özümü çata biləcəyim ən yüksək zirvədə hiss edirəm. Elə bil səmadakı ulduzlardan birinin quyruğundan tutub uçuram