hətta “uzun zaman” mənasında başa düşülsün. Belə bir yolu seçməyə mənim tutarlı dəlillərim var idi. Oğrular haqqında onlarca kitab oxumuşdum və görürdüm ki, bunlar qəşəng (çoxu da gülərüz) uşaqlardır, əla geyinirlər, cibləri həmişə pulla doludur, yaxşı at seçməkdə ustadırlar, özlərinə çox güvənirlər, eşqbazlıqda çox incə tərpənir və həmişə də qalib gəlirlər, mahnı oxumaqda, içki içməkdə, kart oynamaqda və ya zər atmaqda mahirdirlər – bir sözlə, bunların cəmiyyəti elə görünür ki, ən ləyaqətli adamlara da yaraşar. Amma heç yerdə (Hoqart istisna olmaqla)1 görməmişəm ki, bir adam həmin oğruların həyatının iç üzünü, acınacaqlı həqiqətini açıb göstərsin. Mənə elə gəlirdi ki, bu canilər dəstəsinin əsil üzvlərini təsvir etmək, onları bütün eybəcərliyi, iyrəncliyi ilə birlikdə qələmə alıb göstərmək, onların miskin və səfil həyatını əks etdirmək