– Dalaşmaqda Qıvrımsaça çatmaz. Amma həmişə o fikirdəyəm ki, düz iş görmür. Tutaq ki, Qıvrımsaç belə bir pəzəvəngə girişib onu döyür. Baxanlar deyəcək: «Qıvrımsaça afərin». Amma bu pəzəvəng əl qatıb onu əzişdirsə, hamı qayıdacaq ki, baxsana, uşağın birinə baş qoşub. Hələ ola bilsin, yığılıb pəzəvəngi döydülər də. Mənim fikrimcə, bu ədalətli olmadı. Amma, deyirəm də, bu Qıvrımsaç az aşın duzu deyil.