Kitabdan çox şeyə nəticə çıxarmaq olar
Bilirəm ki ,uyğunluğu yoxdu amma Lennini Yaşıl yol filmindəki Con Kofittoyla birləşdirən nəsə olmalıdı.Çünki əsəri oxuduqca ancaq o film ağlimdan hissə-hissə keçirdi.Bəlkə də sonu təsirli qurtardığı üçün beləydi.Amma heç bir dram filmi bu əsər kimi təsir etməmişdi.
Diqqetle oxuyan üçün çoooox deyerli eserdi. Çoxları yaxsı qarşılamır. Çünki sebirle oxumurlar. Meslehet görürem ki, oxuyanda her bir şeye fikir veresiniz. Ve bir de sona qeder oxumaga çalışın. O zaman bütün eserler maraqlı olacaqdır. Xüsusile de bu eser... Tam ferqli bir mövzu dayanir qarşınızda.
Heç vaxt iki oğlanın sizin kimi birlikdə
gəzməyini görməmişəm. Burada o qədər oğlan var,
amma heç biri birgə gəzmirlər. Onlar buranı tərk edib
gedən də tək gedirlər. Ona görə çox gülməli görünür ki,
sənin kimi balaca diribaşla, onun kimi yekəpəl
maymaq bir yerdə gəzir
Super kitabdi mence. Hem gülüs hissi, hem de qemli veziyyet yaradir. Yəni göz yaslari içinde gülüs
Böyük həyəcanla oxudum. Əsərin qəhrəmanının ölümü isə məni göz yaşlarına boğdu.
Sadə, axıcı, xoşagələn kitabdır. İnsanda ikrah hissi yox, kədər doğurur. Maraqlı təsvirlər əsərin kədərli tərəfini azca ört-basdır edir. Sonu isə məni çox sarsıtdı. Müəllif qəhrəmanın hisslərini çox yaxşı ötürüb. Oxumaq məsləhətdir.
Maraqlı idi..Ama böyük gözləntilərlə oxumamaa lazımdır.Nə isə öyrədici kitab deyil..
Çox təsirli bir kitabdır. Xahiş edirəm oxumağa başlayan sona qədər oxudun. Kitabda ağıldankəm Lenni və onun qayğısına qalan Corc adlı 2 nəfərin başına gələnlərdən bəhs edir. Oxuyandan sonra hər kəsin ağlında bu misralar canlanacaq. " Bir rançomuz olacaq: balaca daxmamiz, toyuqlarımız,dovşanlarımız....."
Qısa, axıcı dil və möhtəşəm.
Axıcı dili olan, düşündürücü və təsirli bir kitabdır. İçərisində yaxşı insanlar və yaxşı dostlar var.