Kitabdakı hekayələri oxuduqca Sovet İttifaqı dağıldıqdan sonra baş verən hadisələr barəsində bir çox məlumat alırıq. Sentimental ruhda yazılmış hekayələrdə hisslər əvvəldən sona doğru daha da artır və sonda hiss partlayışı baş verir.
Belə bir gündə üç gənc, maarifpərvər ziyalı “Ocaq” kafesində oturub yeyə-yeyə, içə-içə xalqı necə maarifləndirmək lazımdır mövzusunda növbəti dəfə mübahisə edirdilər.
Bu maarifçi gənclərdən birinin başı qaz yumurtasına oxşayırdı.