Kəmalə Kamal qızı Qəhrəmanova Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dosentidir. Ailə, qadın, uşaq, din və mədəniyyət, cəmiyyətdəki etik problemlər, təhsil, gender bərabərliyi mövzularında araşdırmalar aparmış, respublika və beynəlxalq səviyyəlli konfranslarda çıxışlar etmışdır. Bir çox beynəlxalq sempozyumların və konfransların təşkilatçısı olmuş, elmi komitəsində yer almış, həmçinin, bir sıra layihələrin iştirakçısı olmuşdur. «Yeniyetmələrin mənəvi dəyərlərinin formalaşmasında dini etiqad ve inamın rolu» adlı (psixologiya üzrə fəlsəfə doktoru) bu səpgidə ilk tədqiqat işidir. Kəmalə Kamal qızı Qəhrəmanova bu kitabda Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin işğal olunması nəticəsində ölkə daxilində köçkün və ya qaçqına çevrilən insanlarımızın çəkdiyi ağrıları qələmə almışdır.