bookmate game
Erich Fromm

Sevmək sənəti

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • renichkahas quoted8 years ago
    Eqoizmlə özünəsevgi heç də eyni mənalı məfhumlar deyil, hətta bir-birinə ziddirlər. Eqoist özünü həddən artıq çox yox, daha doğrusu, həddən artıq az istəyir, əslində isə o, özünə nifrət edir. Şəxsiyyət səmərəsizliyinin təzahürlərindən biri olan özünə maraq və qayğı çatışmazlığı onu bir qurd kimi içindən gəmirir. Eqoist, təbii ki, bədbəxtdir və həyatdan özü-özünü məhrum etdiyi nemətləri qoparmaq üçün qızğın şəkildə çapalayır. Kənardan elə görünür ki, o, özünə həddən artıq çox diqqət ayırır, əslində isə bu, onun şəxsiyyətinə olan qayğı çatışmazlığının bərpa olunmasına yönələn uğursuz cəhdlərdir.
  • ahmedoffelvin99361has quoted8 years ago
    Uşaq məhəbbəti “Mən sevildiyim üçün sevirəm” prinsipinə söykənir. Yetkin məhəbbətin əsasını “Mən sevdiyim üçün sevilirəm” prinsipi təşkil edir. Yetişməmiş məhəbbət “Sən mənim gərəyim olduğun üçün səni sevirəm”, yetişmiş məhəbbət isə “Sən mənə səni sevdiyim üçün lazımsan” kimi ifadə olunur.
  • ahmedoffelvin99361has quoted8 years ago
    Əksəriyyət üçün məhəbbət problemi özünün sevməsi, yəni sevə bilmək qabiliyyəti deyil, özünü sevdirmək bilmək problemidir
  • ahmedoffelvin99361has quoted8 years ago
    Sevgi inamın təsdiqidir və zəif inananın sevgisi də zəif olur
  • ahmedoffelvin99361has quoted8 years ago
    Cinsi meyil bir anlığına qovuşma xülyasını yaradır, lakin sevgi olmadan birləşən insanlar əvvəlki kimi bir-birinə yad qalırlar; bəzən bu duyğu onlara utanc verir, onlar hətta bir-birinə nifrət belə edirlər, çünki xülya yox olandan sonra onlar bir-birinə yad olduqlarını daha kəskin şəkildə hiss edirlər
  • ahmedoffelvin99361has quoted8 years ago
    eqoizmdən tamamilə uzaq, altruizmlə aşıb-daşan ana sevgisi məhəbbətin ən ali növü, bu sevginin bağları isə bütün emosional bağların ən müqəddəsi hesab olunur
  • renichkahas quoted8 years ago
    “Ruhun cinsi olmur”
  • Xuraman Memmedovahas quoted4 years ago
    Öz yaxınını bir insan kimi sevmək səxavətdirsə, onda özümü sevmək də qüsur yox, səxavət sayılmalıdır, çünki mən də bir insanam. Mənim özümün də daxil olmadığım insan anlayışı qeyri-mümkündür. Belə bir istisnanı tələb edən istənilən doktrina daxilən ziddiyyətlidir. Bibliyadakı “Öz yaxınını özün qədər sev” kəlamında öz şəxsi kamilliyinə və təkrarolunmazlığına hörmət, özünü anlama və sevmə başqalarına hörmət, məhəbbət və anlayışla ayrılmaz məfhumlardır. Özünə sevgi bütün başqa varlıqlara məhəbbətlə qırılmaz bağlarla əlaqəlidir.
  • b9849238851has quoted8 years ago
    Öz obyektivliyini başqaları ilə boşuna sərf etdiyini düşünən və onu yalnız sevdiyi insan üçün qoruyub-saxlamaq istəyən hər kəs qısa bir müddətdə hər iki cəbhədə məğlubiyyətə uğradığının fərqinə varacaqdır.
  • b9849238851has quoted8 years ago
    barədə “cəlbedicilik” rəyini formalaşdırmaqdan ötəri onlardan ünsiyyətcil və dözümlü olmaları tələb olunur.
fb2epub
Drag & drop your files (not more than 5 at once)