Çingiz Abdullayev

Andorra sevməli və ölməli yerdir. Roman. Peşəkarların qaydası. Povest

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Namiq Xankişiyevhas quoted4 years ago
    Yaşınız qırxa çatıbsa, bu artıq gəncliyin qocalığı deməkdir. Əlli yaşda belə hesab etmək olar ki, siz qocalığın gənclik çağını yaşayırsınız. Altmış yaş — yetkinlik yaşıdır, yetmiş yaş — müdriklik yaşı. Sonrakı pillə yavaş-yavaş adamı idiotluğa aparır. Hərgah səksən yaşdan sonra siz yenə bu dünyada yaşamağa davam edirsinizsə, onda özünüzü tam idiot hesab edə bilərsiniz.
  • Nurlan Süleymanovhas quoted8 years ago
    Yox, mən döyüşkən allahsızam. Amma məscidlərə də gedirəm, kostellərə də, kilsələrə də. Həmişə gedirəm, özü də sizə deyim ki, bundan əsl məmnunluq duyuram. Bilirsiniz, – Dronqo sözünə davam elədi, – axı bunlar hamısı mədəniyyətlərin, xalqların canlı tarixidir. Dinə hörmətsiz münasibət əcdadlara hörmətsizlik deməkdir. Biz hələ çox şeyləri bilmirik, çox şeyi yalnız fərz edirik, yalnız güman edirik. Bax, sabah siz Kərbəlada minlərlə möminə rast gələcəksiniz. Bir anlığa təsəvvür edin: əgər bu adamların inamını əllərindən alsanız, onların dünyası uçulub dağılar. Kiminsə dünyasının dağılmasısa çox dəhşətli şeydir. Dəhşətli və kədərli.
  • Samiq Bagirovhas quoted9 years ago
    Dronqo Lev Tolstoyun bir ifadəsini xatırladı: mütləq yaramazlar yoxdur və heç kəs ürəyində özünü əclaf və alçaq saymır.
  • Ziyad Ibrahimovhas quoted3 years ago
    Ümumiyyətlə isə, ənənəyə görə belə görüşlər adətən neytral zonalarda – Qərbi dənizi adalarında, yaxud Cənub-Şərqi Asiyada keçirilir. Ən ideal yer isə – əlbəttə ki, İsveçrə, Nepal və Argentina sayılırdı. Amma bu dəfə başbilənlərdən kimsə belə qərara gəlmişdi ki, agentləri bu qədər valyuta sərf edərək dünyanın o başına göndərməyə dəyməz; görüş elə balaca, rahat Andorrada baş tutsa, kifayətdir. Və biz də mövcudluğunu bir qayda olaraq yalnız xəritə üzərində tanıdığımız bu ölkəyə gəlməli olmuşduq.
  • Sevahas quoted3 years ago
    Peşəkarların başlıca qaydası — emosiyasız hərəkət etməkdir.
  • Sevahas quoted3 years ago
    İnsanlar ideologiyanın təsiri altına düşürlər, onun əsirinə çevrilirlər və bu həqiqətən faciədir.
  • Sevahas quoted3 years ago
    Sizin fikrinizcə, mən satqınam, xəyanətkaram? – deyə Nailə hiddətlə soruşdu.

    — Əgər düzünü desəm, hə. Məni belə tərbiyə ediblər.

    — Demək mən satqınam, keçmiş kommunist və DTK zabiti olan siz isə namuslu adamsınız, eləmi? Sizin kommunist partiyanız və sizin DTK bizim xalqımızın başına nə qədər bəlalar, nə qədər müsibətlər gətirib; nə qədər adamın həyatı məhv edilib! Və bütün bunlardan sonra sizin mənə bu cür şeylər deməyə, bu cür ittihamlar söyləməyə hələ cürətiniz də çatır?
  • Sevahas quoted3 years ago
    Siz filosofsunuz? — qadın dedi.

    — Yox, sadəcə, həyatım boyu çox şey görmüşəm. Əvvəl biz elə düşünürdük ki, insanı dəyişdirmək mümkündür. Daha doğrusu, bizə elə gəlirdi ki, sivilizasiyanın, kompyuterin, bir sözlə, həyatı son dərəcə asanlaşdırmağa qabil olan, onu büsbütün yüngülləşdirən ağlasığmaz texnikanın sayəsində insan dəyişəcək. Amma vaxt ötdükcə hamı anlamağa başladı ki, insan, insan olaraq qalır. Gülməli və qüvvətli, nəhəng və cılız.
  • Sevahas quoted3 years ago
    Kiminsə dünyasının dağılmasısa çox dəhşətli şeydir. Dəhşətli və kədərli.
  • Sevahas quoted3 years ago
    Mənim həmişə cəmisi bir başlıca marağım var – ətrafımdakı adamlar hamısı evlərinə salamat qayıtsınlar. Mən Allahdan heç vaxt başqa şey arzulamıram.
fb2epub
Drag & drop your files (not more than 5 at once)