bookmate game
Dino Bussati

Tatar Çölü

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Görkəmli İtaliya yazıçısı Dino Bussatinin ilk romanı olan “Tatar çölü” dünya ədəbiyyatının şedevrlərindən sayılır.
Bastiani qalasında sıxıntılı günlər keçirən, əvvəlcə heç bir gün də qalmaq istəməyən gənc leytenant Covanni Droqo burada ancaq dörd ay qala biləcəyinə qərar verir. Amma yaşadığı o dörd ayın hadisələri, hərbçi qüruru və Tatar çölünün vəhşi cazibəsi ayları illərə çevirir.
“…Qalanın qoruyucu məntəqələrindəki üzücü həyat, ölgün şimal çölünü nəzərdən keçirməsi, həyatda uğur qazana bilmədiyinə görə ümidsizliyə qapılması, uzun illər gözləməsi ona boş bir şey kimi gəldi…”
Roman həyatın mənasına və insanın taleyə boyun əyməsinə tamam başqa yönümdən nəzər salır.
This book is currently unavailable
236 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Nunu Mammedzadeshared an impression6 years ago
    💧Soppy

    Özün tək olanda və öz fikirlərini kiminləsə bölüşə bilməyəndə nəyəsə inanmaq çox çətindir.Məhz bu anlarda o başa düşdüki,insanlar bir-birilərinə nə qədər yaxın olsalar da,həqiqətdə həmişə bir-birilərinə yaddırlar.Əgər insanın canı ağrıyırsa,ağrı yalnız onun ağrısı olaraq qalır,başqa heç kim hətta o ağrının cüzi bir hissəsini belə öz üzərinə götürə bilməz.Əgər insan əzab çəkirsə,başqaları—onları əsl məhəbbət birləşdirmiş olsa da belə—bu ağrınə hiss eləməz.Bundan da həyatda təklik yaranır

  • Emil Azizovshared an impression6 years ago

    Kitab seçimimiz həyatımızın böyük bir hissəsidir. Hər kəs oxumaq üçün müxtəlif mövzuda olan kitablara üstünlük verir." Tatar çölü " Dino Bussati-dən oxuduğum ilk kitabdır. Tatar çölündəki Bastiani Qalasına təyin olunmuş, xəyalları, ümidləri və həyəcanı olan gənc bir leytenant - Covanni Droqodur. Drogo ilk vəzifə yerinə böyük ümidlərlə gedərkən yolun daha çox uzun və çətin olması və getdiyi qalanın heç də xəyal etdiyi kimi görkəmli olmaması qarşısında ilk ümidsizliyə qapılır. Qalaya ilk gəldiyi zaman ayrılmağı düşünən Droqo başqalarının tövsiyələrini dinləyərək burada ancaq 4 ay qala biləcəyinə qərar verir. Lakin keçən zaman, insan qanına işləyən vərdişlər, Droqonun yaddaşında Bastiani qalasının keçilməz bir " həbsxanaya" çevirir və başlanğıcda getmək niyyətində olduğu qalanın içinnən çıxa bilmədiyi, çıxdığında geri qayıtmaq üçün səbirsiz olduğu bir məkana çevrilir. Nəticədə Tatar çölü insanlarda bir az çətinliyə, rahatlığa, vərdişlərə əsir düşdüyündə bu vəziyyətin onun içində qapanmış qaldığı bir qalaya çevrilir sanki. Vərdişlər demişkən, yəni gündəlik həyatımızda etdiyimiz o qədər şeyin zamanla tərk edə bilmədiyimiz istəklər halına necə gəldiyini, bu ardıcıllığı pozmaq üçün heç bir şey etmədiyimizi, hərəkətə keçmək üçün cəsarətimiz olmadığımızı, bir göz qırpımında həyatımızdan nələr itirdiyimizi və olmayacaq istəklər barədə kor-koranə bel bağladığımızı açıq şəkildə nümayiş etdirir. Biz həmişə yaxşı günlərin olmasını gözləyirik. Gündəlik zərurətlərdən ötəri bizə xoşbəxtlik gətirəcək hadisələri əlimizdən qaçırırıq, biz xoşbəxt olacağımız yolda addım atmaqdan qorxuruq. Hər keçən saniyə, dəqiqə əleyhimizə işləyir. Bəli, bu kitab sizin həyatınız, vərdişləriniz, istəkləriniz, dəyərləriniz, hər şeyiniz barədə sual verir. Dino Bussati-nin " Tatar çölü " romanı hər yaşda oxucunun həyat xəttinə təsir edəcək, həyatına yol göstərəcək bir şah əsərdir. Hər kəs bu kitabı bir an əvvəl oxumalıdır məncə.

  • Moon Streamshared an impression7 years ago
    🙈Lost On Me
    💤Borrrriiinnng!

    Həqiqətən anlaşılması çətin əsərdir və güclə oxuyub bitirdim. Lakin faydasız kitab olduğunu düşünmürəm.
    Əsərdən çıxardığım nəticə(doğruluğdan əmin olmasam da), gələcəyə çox da bel bağlamaq lazım deyil, çünki bir şeyin olması üçün sakitcə oturub onu gözləmək, həmin şeyin olmasına imkan verməyəcək. Nə qədər ki nəfəs alırsan, həyatını anlamlı yaşamaq üçün hələ gec deyil, sabahı gözləmə, elə indicə irəli atıl.

Quotes

  • Nurlan Süleymanovhas quoted6 years ago
    Vaxt hiss etdirmədən, amma getdikcə daha sürətlə bizim həyatımızın axınını ölçür və hətta sadəcə geriyə baxmaq üçün bircə anı belə saxlamaq mümkün deyil. Qışqırmaq istəyirsən: “Dayan! Dayan!” Ancaq boş yerə. Hər şey, hər şey keçmişə qovuşur: adamlar, baharlar və qışlar. Buludlar və biz əbəs yerə daşlardan, hansısa qayanın yüksəkliyindən yapışırıq, yorulan barmaqlarımız keyiyir, əllərimiz ixtiyarsız halda yanımıza düşür və görünüşündən ləng axdığı görünən, amma dayanmadan axan zaman çayı getdikcə bizi daha uzaqlara aparır.
  • Nurlan Süleymanovhas quoted6 years ago
    Məhz bu anlarda o başa düşdü ki, insanlar münasibətcə bir-birlərinə nə qədər yaxın olsalar da, həqiqətdə həmişə bir-birlərinə yaddılar. Əgər insanın canı ağrıyırsa, ağrı yalnız onun ağrısı olaraq qalır, başqa heç kim hətta o ağrının cüzi bir hissəsini belə öz üzərinə götürə bilməz. Əgər insan əzab çəkirsə, başqaları — onları əsl məhəbbət birləşdirmiş olsa da belə — bu ağrını hiss eləməz. Bundan da həyatda təklik yaranır.
  • Nurlan Süleymanovhas quoted6 years ago
    İndi o artıq özündə tutqun bir ümidsizlik hiss eləyirdi, həyatın ən mühüm saatları hiss olunmadan yanımızdan keçəndə belə olur və onun gurultusu uzaqlarda sakitləşir, bizsə bir-birinə qarışmış quru xəzəllərin arasında qalaraq heyifsilənirik ki, təhlükəli, amma şərəfli anı əldən qaçırdıq.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)