bookmate game
Dino Bussati

Tatar Çölü

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Nurlan Süleymanovhas quoted6 years ago
    Vaxt hiss etdirmədən, amma getdikcə daha sürətlə bizim həyatımızın axınını ölçür və hətta sadəcə geriyə baxmaq üçün bircə anı belə saxlamaq mümkün deyil. Qışqırmaq istəyirsən: “Dayan! Dayan!” Ancaq boş yerə. Hər şey, hər şey keçmişə qovuşur: adamlar, baharlar və qışlar. Buludlar və biz əbəs yerə daşlardan, hansısa qayanın yüksəkliyindən yapışırıq, yorulan barmaqlarımız keyiyir, əllərimiz ixtiyarsız halda yanımıza düşür və görünüşündən ləng axdığı görünən, amma dayanmadan axan zaman çayı getdikcə bizi daha uzaqlara aparır.
  • Nurlan Süleymanovhas quoted6 years ago
    Məhz bu anlarda o başa düşdü ki, insanlar münasibətcə bir-birlərinə nə qədər yaxın olsalar da, həqiqətdə həmişə bir-birlərinə yaddılar. Əgər insanın canı ağrıyırsa, ağrı yalnız onun ağrısı olaraq qalır, başqa heç kim hətta o ağrının cüzi bir hissəsini belə öz üzərinə götürə bilməz. Əgər insan əzab çəkirsə, başqaları — onları əsl məhəbbət birləşdirmiş olsa da belə — bu ağrını hiss eləməz. Bundan da həyatda təklik yaranır.
  • Nurlan Süleymanovhas quoted6 years ago
    İndi o artıq özündə tutqun bir ümidsizlik hiss eləyirdi, həyatın ən mühüm saatları hiss olunmadan yanımızdan keçəndə belə olur və onun gurultusu uzaqlarda sakitləşir, bizsə bir-birinə qarışmış quru xəzəllərin arasında qalaraq heyifsilənirik ki, təhlükəli, amma şərəfli anı əldən qaçırdıq.
  • Nurlan Süleymanovhas quoted6 years ago
    O, özünü yorğun hiss eləyir, yol boyunca olan evlərdə, demək olar ki, bütün pəncərələr bağlıdı, gördüyü bir neçə adam isə onun suallarına cavab olaraq yalnız əllərini yana açırlar. Yaxşı hər nə vardısa, arxada qalmışdı, çox uzaqlarda, sənsə yanından keçərək bunu hiss eləməyibsən
  • Nurlan Süleymanovhas quoted6 years ago
    Sənə tək olmaq darıxdırıcıdır deyə adam özünü necə axmaq vəziyyətə qoya bilərmiş...
  • b6997889179has quoted7 years ago
    xoşbəxt adamların gəzib dolaşdıqları küçənin səslərinə qulaq verərək axşam məşğələlərində oturmağın necə cansıxıcı olması yadına düşdü.
  • Eshref HuseyNlihas quoted7 years ago
    o, gəncliyinin ən qaynar çağında öldü və aradan bu qədər illər keçməsinə baxmayaraq yaddaşlarda ucaboylu, düz qamətli, qadınları özünə cəzb eləyən alicənab sifətli cənc oğlan kimi qalmışdı
  • Eshref HuseyNlihas quoted7 years ago
    Əgər insanın canı ağrıyırsa, ağrı yalnız onun ağrısı olaraq qalır, başqa heç kim hətta o ağrının cüzi bir hissəsini belə öz üzərinə götürə bilməz. Əgər insan əzab çəkirsə, başqaları — onları əsl məhəbbət birləşdirmiş olsa da belə — bu ağrını hiss eləməz. Bundan da həyatda təklik yaranır.
  • Eshref HuseyNlihas quoted7 years ago
    insanlar münasibətcə bir-birlərinə nə qədər yaxın olsalar da, həqiqətdə həmişə bir-birlərinə yaddılar.
  • Misir Məmmədlihas quoted8 years ago
    gücünü toplayaraq kresloda qəddini düzəltdi, mundirinin boyunluğunu hamarladı, bir daha pəncərədən çölə baxdı, ulduzlu səmadakı axırıncı öz parçasına ani olaraq baxdı; qaranlıqda onu heç kim görməsə də, gülümsəyirdi
fb2epub
Drag & drop your files (not more than 5 at once)