– Nəsə olub? – Puaro soruşdu.
– Hələ bir soruşursunuz da! Əvvəlcə bu qar... bu fasilə, indi də... – Buk sözünü bitirmədi. Vaqon bələdçisindən qəribə bir səs çıxdı – elə bil boğulurdu.
– İndi də nə?
– İndi də o ki, sərnişinlərdən biri yatağında ölü yatır. Öldürüblər. Bıçaqlayıblar. – Müsyö Bukun sakit səsində bir ümidsizlik vardı.
– Sərnişin? Hansı sərnişin?
– Amerikalıdı. Retçett adında bir nəfər. Retçettmi?