Evimizə gedərkən yolboyu düşünürdüm ki, sabah Cimə deyiləsi o qədər sözüm var ki...Baş verənlər haqda ona danışanda bütün bunları görə bilmədiyi üçün o hirslənəcək,bir neçə gün məni dindirməyəcək.Onu da fikirləşirdim ki,Cimlə mən böyüyəndə öyrəniləsi heç nə qalmayıb,yalnız cəbrdən başqa.
Bu kitab mənə çox təsir etdi. Kitabı oxuyarkən, obrazların həyatını yaşadım. Jean Louise (Scout) kimi uşaq oldum. Bəzən, güldüm, bəzən də çox həyəcanlandım. Dünyaya 8 yaşlı qızın gözləriylə baxdım. Sözlərnən ifadə etmək mümkün deyil. Oxuyanda dərin duyğular yaşayacaqsınız. Yaxşıki oxudum dediyim kitablardandı.