Əgər qadınla onun xasiyyəti və gözəlliyi barədə danışsaq, ondan uşaqlığı, zövqləri, yaxud onu kədərləndirən şeylər haqqında soruşsaq, biz heç zaman qadını darıxdırmarıq. Siz də əgər özü barəsində danışmasını xahiş etsəniz, heç zaman kişiləri darıxdırmazsınız. Neçə-neçə qadın özünə mahir dinləyici olmaq şöhrəti qazandırıb! Belə baxanda, heç xüsusi olaraq dinləməyə də ehtiyac yoxdur, yetər ki, yalnız özünü qulaq asırmış kimi göstərəsən.