“Yazıqları öldürmürlər...”
İki saat idi ki, bu gicgici fraza Meqredən əl çəkmirdi. Qəfil eşidilmiş mahnının nəqarəti kimi onun beynində fırlanırdı və Meqre hətta bir-iki dəfə onu bərkdən də demişdi. Sonra təzə variant peyda oldu:
“Adamları alt paltarında öldürmürlər...”