Dovlatov haqqında yazan insanın yazısını oxumaq azdır, onun haqqında danışan adamın gözlərinin içinə də baxmaq lazımdır ki, o sözlə deyilə bilməyəni gözlər desin.
Dovlatovun realizmi sarsıdıcıdır, itidir, aman verməyəndir.
Dovlatovun kinayəli gülüşü nəinki təsvir etdiyi obrazlara, hətta bütün əsərlərində yaratdığı Dovlatov-obraza da qarşı yönəlib.