Osho

Kişilərin kitabı

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Bu kitabda böyük hind filosofu, ruhlandırıcı və aydın, dünyanın bütün ölkələrində mühazirələri əsasında kitabları yayınlanan qüdrətli fikir adamı Oshonun (Bxaqvan Şri Racniş) müxtəlif zamanlarda “İnsanın qurtuluşu” mövzusunda olan çıxışlarından toplanmış zəngin materiallar sistemli şəkildə oxucuya təqdim olunur. Sözsüz ki, Oshonun saysız-hesabsız fikirlərini bir kitab şəklinə salmaq mümkün deyil. Kitabda mühazirələrin müəyyən hissəsi yer alıb, mövzunu tam izah etmək üçün bəzi prototiplər təqdim olunub: Adəm, robot, diqqət dəlisi, məşuq, siyasətçi, oyunçu, yaradıcı-qurucu və s.
Bu prototiplər konkret xarakter, tip, şəxsiyyət kimi qəbul olunmalı deyil. Bunlar, sadəcə, hər birimizə aid ola biləcək bəzi tendensiyaların, düşüncə və davranışların, həyat tərzinin təsviri üçün seçilən köməkçi vasitələrdi.
Osho reallığın əslində bütün teoriya və qərarların arxasında qaldığına işarə edir. Reallıqda hər şeyin başqa cür olduğunu izah etməyə çalışır. Bu personajlardan ona görə istifadə edir ki, ilk növbədə insan öz ağlının quruluşunu müəyyən edə bilsin. Daha sonra ağıldan və yaşantılardan kənara çıxıb reallığa ayıq gözlə baxsın, öz gerçək kimliyini görsün.
This book is currently unavailable
231 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Əyyub Mamedovshared an impression7 years ago
    👍Worth reading
    🔮Hidden Depths
    💡Learnt A Lot
    🎯Worthwhile
    🚀Unputdownable

    Super👍Hər bir insanın oxumağa möhtac olduğu bir kitab.Çooox bəyəndim😊😍

  • Faduniyashared an impression8 years ago
    👍Worth reading
    🔮Hidden Depths
    🎯Worthwhile

    Kitabın adı ,məncə, "İnsanların kitabı" olmalıydı :)

  • Leyla İsmayılzadəshared an impression7 years ago

    Bu nə deməkdi kitabı yarıkamışam indi məndən abunəlik istəyir ?? Bunu iatəyəcəkdisə əvvəldən istəyərdi

Quotes

  • b8953483246has quoted9 years ago
    Dünya individuallığa qarşıdı. O hətta insanın təbiətinə də qarşıdı.
    Ona canlı robot lazımdı; insan buna – robotluğa razı olduğu üçün bədbəxtliyə düçar olub.
    Lakin unutma: insan robot deyil. Təbiət onu robot olaraq düşünməyib. İnsan robot kimi yaranmayıb. Ancaq təəssüf ki, təbiətin yaratdığı kimi yox, robot kimi yaşayır. Buna görə də həmişə özünə sual verir: “Nə çatmır axı? Yəqin mənə daha dəbdəbəli mebel lazımdı. Ya da evə daha gözəl pərdələr alınmalıdı. Bəlkə daha böyük evim olmalıdı. Ya bəlkə arvadı dəyişməliyəm, ya da işimi, ya da...”
  • b8634354516has quoted7 years ago
    Hər kəsdən gizlənmək olar, amma özündən heç vaxt. Ağlın dəyişməyincə dünya da dəyişməyəcək, həyat da dəyişməyəcək, heç nə dəyişməyəcək. Məsələ tərki-dünyalıqda deyil. Məsələ ağıldadı. Nə qədər ki stereotiplərlə, ümumi qaydalarla, kor-koranə yaşayacaqsan hara getsən də xeyri yoxdu. Ağıla tabe olmamaq – meditasiya budu.
  • Murad Ahmedhas quoted9 years ago
    Bədbəxt adamlar xoşbəxt adamlara dözə bilmirlər.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)