– Dişlərin yenə incidir?
– Daha fikir vermirəm. Üzdən heç biri xəstəyə oxşamır, ancaq hamısı laxlayıb, bir azdan töküləcək. Ağzımda təkcə dilim qalacaq ki, onların yerini yalayım.
– Bəs ondakı müalicənin köməyi olmadı?
– Bizim kimi adamlara müalicə xeyir eləməz. Gərək təzədən yaranaq, hər şeyimiz təzə olsun. Dərdimizin dərmanı hər şeyi yenidən başlamaqdır.