bookmate game
az
Çarlz Bukovski

Poçt idarəsi

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
“Poçt idarəsi” 12 ilə yaxın poçtda işləmiş Bukovskinin ilk romanıdır. 1970-ci ildə naşir dostu Con Martinin təkidi ilə işdən ayrılan 49 yaşlı Çarlz romanın əlyazmasını 3 həftədən sonra nəşriyyata təqdim edir. 1971-ci ildə işıq üzü görən “Poçt idarəsi” Bukovskinin beş avtobioqrafik əsərindən birincisi sayılır. Hər beş əsərin qəhrəmanı (“antiqəhrəman”) yazıçının özünü canlandırdığı Henri (“Hank”) Çinaskidir. Çinaski “Poçt idarəsi”ndə qarşımıza alkoqola meyilli və çılğın bir gənc kimi çıxır. Romanda poçt idarəsindəki iş mühiti, müxtəlif xarakterli obrazlar, cəmiyyətin eybəcərlikləri, Çinaskinin dəlisov həyat tərzi, Coysla qısa evliliyi, Betti ilə uğursuz sevgi macərası və Fey ilə ailə həyatı təsvir olunur. Bütün bunlar realda da baş verib. Coys obrazı Bukovskinin birinci arvadı Barbara Fray, Fey isə Frensis Smitdir. Betti də real qəhrəmandır, 1962-ci ildə ölüb. Çinaskinin qızı Marina-Luiza isə elə Bukovskinin qızı Marina-Luiza sayıla bilər.
Cıdır yarışlarına aludə olan və yetərincə pul qazanan, lakin vaxtaşırı uğursuz həyata görə içkiyə aludə olan Çinaski, nəhayət, həyatını dəyişmək qərarı verir. Ünvanına gələn onlarla xəbərdarlıq məktubunu uzun müddət cavabsız qoyan Çinaski sonda roman yazmaq fikrinə düşür: “Bəlkə roman yazım deyə düşündüm… Sonra oturub yazdım”.
“Poçt idarəsi” həyata yaxınlığı, müəllifin rəvan və sadə üslubu, səmimiyyəti ilə fərqlənir. Bu roman həm də Amerika ədəbiyyatında fərqli zövq nümunələrindən biri hesab olunur. Di gəl ki, ilk illərdə ABŞ-ın kitab bazarında o qədər uğur qazanmadı — Avropada bestseller olduğu halda.
This book is currently unavailable
161 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Hümbətova ülkərshared an impression7 years ago
    👍Worth reading
    😄LOLZ

  • Mir Alishared an impression8 years ago
    😄LOLZ

  • Gunel Najafovashared an impression5 years ago
    👍Worth reading
    🎯Worthwhile
    🌴Beach Bag Book
    😄LOLZ

Quotes

  • Mir Alihas quoted8 years ago
    — Həyatda qeyri-normal kişilər də olur, — deyib qapıya tərəf istiqamətləndim.
    — Nəyi nəzərdə tutursan?
    — Demək istəyirəm ki, bəziləri öz arvadını sevir.
  • Sayalı Baharhas quoted8 years ago
    Hər şey bir yanlışlıq kimi başladı.
  • Mir Alihas quoted8 years ago
    Yemək əsəb və ruh yüksəkliyi üçün faydalıdır. Kişilik mədədən yaranır, qalan hər şey – ümidsizlikdən.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)