Azərbaycan əsilli görkəmli türk yazıçısı, siyasətçi və dövlət xadimi
Səməd Ağaoğlu (1909–1982) çağdaş Türkiyədə memuar ədəbiyyatının
görkəmli nümayəndələrindən biri kimi tanınır. Onun oxuculara
təqdim olunan “Atamın dostları” kitabında atası, XX əsrin ilk onilliklərində
Azərbaycanın və Türkiyənin fikir həyatında müstəsna xidmətlər
göstərmiş Əhməd Ağaoğlunun (1869–1939) türkçülük hərəkatında,
sənət və siyasət aləmində, yeni Türkiyənin qurulması uğrunda
mübarizədə çiyin-çiyinə addımladığı bir sıra görkəmli şəxsiyyətlərin
portretləri yaradılıb. Müəllifin ad çəkmədən son dərəcə səciyyəvi cizgilərlə
rəsm etdiyi bu portretlər özlərinin, eləcə də Əhməd Ağaoğlunun
həyatının, mübarizə və ideallarının bir sıra xüsusiyyət və keyfiyyətlərini
aşkara çıxarır.
Kitab tarixçilər, politoloqlar, Türkiyə-Azərbaycan münasibətləri ilə
məşğul olan mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün maraqlı ola bilər.