“Babildə ölüm, İstanbulda eşq” romanında Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasında Babil müdriklərinin kosmosla bağlı iyirmi üç min illik sirrinin necə şifrələnməsi və bütün dünyanın Osmanlı sultanına hədiyyə edilən bu əlyazmanı ələ keçirmək, şifrələri açmaq üçün əsrlərlə necə çalışdığından bəhs edilir.