Fransız yazıçısı Tarlenin “Napoleon” romanı sənədli, tarixi mənbələrə dayanan bir əsərdir. Bu əsərdə Fransa tarixinin önəmli simalarından biri, bəlkə də məşhuru olan imperator Napoleonun uşaqlığı, gəncliyi, yetkin çağları, hakimiyyət dövrü, həyatının son illəri təsvir edilib. Oxucu bu kitabı oxuduqca imperatorun şəxsiyyəti, işgüzarlığı, hakimiyyət hərisliyi, güclü və zəif cəhətləri barədə tam təsəvvürə malik olur.
Söz yox ki, bu kitab Napoleon Bonopart barədə yazılmış ən maraqlı və əhatəli kitablardan biridir. Bu kitab Napoleonun şəxsiyyəti, tarixi rolu barədə bilgi almaq istəyən oxucular üçün olduqca faydalıdır.