bookmate game
Pola Hokins

Qatardakı qız

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Pola Hokinsin “Qatardakı qız” kitabı sirlərlə dolu bir detektivdir,
lakin bununla belə, onu psixoloji triller də adlandırmaq
olar. Burada personajlar çoxdur və hər birinin
də öz sirləri və günahları var. Əsərin baş qəhrəmanı Reyçelin
həyatında hər şey uçuruma yuvarlanmış kimidir. O,
ərindən ayrılmış, işini itirmiş və içkiyə aludə olmuşdur.
Onun bir əyləncəsi var — qatarla Londona gedib, orada,
sadəcə, veyillənmək. Qonşuları isə düşünür ki, onun işləri
qaydasındadır və o, hər gün işə gedir.
O, qatarla gedərkən yeni evliliklə xoşbəxt olan keçmiş
ərinin evini müşahidə edir. Bu zaman qonşu ev də onun
diqqətini çəkir. Reyçel hesab edir ki, orada ideal bir ailə yaşayır.
O, hətta öz qəhrəmanlarına adlar da uydurub — Ceyson
və Cess. Onların həyatı bizim baş qəhrəmanın istədiyi
bir arzu, xəyaldır.
Amma bir dəfə Reyçel Cess və Ceysonun yaşadığı evin
həyətində təəccüblü, müəmmalı bir işin baş verdiyini görür.
Sonra isə Cess itkin düşür. Reyçel anlayır ki, bəlkə də
yalnız o, Cessin yoxa çıxmasının sirrini aça bilər.
Nə etsin? Polis onun ifadələrini ciddi qəbul edəcəkmi?
Başqasının həyatına qarışmaq, ümumiyyətlə, ona lazımdırmı?
This book is currently unavailable
342 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Knl Esgerovashared an impression8 years ago
    👍Worth reading
    💡Learnt A Lot
    🎯Worthwhile
    💞Loved Up

    Heç gözlemediyim bir sonluqla bitdi! Çox maraqlı kitabdı! Oxumağa deyer!????????

  • Nurshared an impression7 years ago

    Son 50 səhifəsi kitabın ilk 100 səhifəsindəki marağsızlığı unutdurur.

  • iincishared an impression4 years ago
    👍Worth reading

    Sona qədər həyəcanla oxuyub bitirdiyim əsər oldu👍

Quotes

  • b9849238851has quoted8 years ago
    xəcalət hissi təkcə situasyanın ağırlığı ilə deyil, həm də onun şahidi olmuş insanların sayı ilə müəyyən edilir.
  • Elmin Seyfəddinlihas quoted7 years ago
    Mən heç zaman anlamadım ki, insanlar öz ürəklərinin istəyinə görə başqalarına necə bu cür laqeydliklə acı verə bilirlər. Kim dedi ki, öz ürəyinin səsini dinləmək yaxşıdır? Bu sırf eqoizmdir, hər şeyi öz ehtiraslarına tabe etmək cəhdidir.
  • Nizami Əlisoyhas quoted6 years ago
    Bu barədə evə dönərkən yolda düşündüm, ən çox mənim xoşuma gələn də budur – başqa insan üzərində öz hökmünü hiss etmək. Bu ən sərxoşedici bir hissdir.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)