K. Yaşamaq uğrunda mübarizədə özünün başa düşülməyən, rasional olmayan bir mühitə düşdüyünü dərk edir. Öz mürəkkəb və bürokratik apparatı ilə Qəsr hər şeyi və hər kəsi nəzarət və idarə edir, eyni zamanda hamı üçü əlçatmaz qalır. Bu aparatın başında Qəsrin məmurları dururlar. Qəsrdə yaçayan hər bir kəs məmuralrın xeyri və bununla da Qəsrin xeyrinə çalışırlar, hər bir kəsin həyaı daimi nəzarətdə saxlanır və qanunla, qaydalarla tənzimlənir. Bu qnunları pozmaq çox dəhşətli nəticə gözləyr. Beləliklə K. burada öz işinə başlayır və Qəsrə yaxınlaşmağa can atır. Tezliklə o başa düşür ki, onun Qəsrlə yaxınlığı kənd icmasında daxil olmaqdan asılıdır. Ancaq onun cəhdləri boşa çıxır.Çünki o yad adam kimi kəndçilər və Qəsr arasında olan proseslərdən xəbərsiz idi. Buna görə də, Qəsr və kənd onun üçün başa düşülməz bir yad əşya kimi görünür, hansı ki, onun vəziyyətində ümidsizliyə aparır.