Şantajdan qorunmaq üçün nəzərdə tutulan belə bir taktika Vaşinqtonda “Siam zəmanəti” adını almışdı. Bu, ianə alanı öz səxavətləri müqabilində ona hər cür təzyiq göstərməyə haqqı olduqlarını hesab edən sponsorlardan müdafiə edirdi. Əgər ianə verən həddən artıq tələbkar olurdusa, namizəd sadəcə ona ifşaedici sənədləri təqdim edə və bu vaxt xatırlada bilərdi ki, qanunu hər iki tərəf pozub. Sübutlar sponsor və namizədin, siam əkizləri kimi, ömürlük bir-birinə bağlı qalmalarına etibarlı zəmanət idi.