– Kimsə insanı şüurlu heyvan adlandırıb.
– Bu barədə Uinvud Rid yaxşı deyib, – deyə Holms davam etdi. – O, deyir ki, ayrılıqda hər bir insan – müəmmadır, amma insanlar birlikdə riyazi vahiddir və müəyyən qanunlara tabedir. Məsələn, bir adamın nə edəcəyini əvvəlcədən demək mümkündürmü? Amma kollektivin necə hərəkət edəcəyini böyük dəqiqliklə söyləmək olar. Fərdlər bir-birindən fərqlənirlər, amma insan xarakterləri istənilən cəmiyyətdə eyni nisbət təşkil edir. Statistika belə deyir.