Bəxt söhbətlərinə inanmıram. Bu qadının sağ qalması, özünə yol açması bəxtindən deyil, güclü olmağının və əzmkarlığının nəticəsidir. Məsəlini qloballaşdırması təqdirəlayiqdir. Alqışlayıram! :)
Kitabın dili rahatdır, tərcümə gözlədiyimin əksinə yaxşı alınıb. Varis, elə "səhra çiçəyi" demək imiş. (Varis adını görən kimi qıcıqlandım biraz, dedim indi əzilmiş fotoşəkillər zad söhbəti olacaq. Şükür bu Varis o Varisdən deyil)))
Afrikalı qadın olmağın "qazandırdığı" ömürlük məhrumiyyətlər... Real hadisələr əsasında qələmə alınan möhtəşəm kitab!
Heç bir təxəyyüldən istifadə etmədən, real hadisələrdən yazılmış, yazıçının öz başına gəlmiş hadisələr olan kitabdır. Çox gözəl...